Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xilaskar polis əməkdaşlarını mükafatlandırdı.

10 avqust 2017 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov vətəndaşların həyatını xilas edən polis əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov polis əməkdaşlarını qəbul edərək göstərdikləri cəsarətli addıma görə onlara təşəkkürünü bildirib.
İcra başçısı ictimai təhlükəsizliyin qorunmasında, cinayətlərin və digər xətaların qarşısının alınmasında, eləcə də qəzalar və digər fövqəladə hallar baş verdikdə insanların xilas olunmasında daxili işlər orqanlarının şəxsi heyətinin böyük əməyi olduğunu qeyd edib.
Xidməti fəaliyyətində göstərdikləri xüsusi cəsarətə görə Sumqayıt şəhər Post Patrul Xidməti taborunun əməkdaşları Sumqayıt şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsi Post Patrul Xidməti Taborunun əməkdaşları - polis serjantları Əfsər Baxşəliyevin və Bəxtiyar Əliyevin xidməti vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirmələri, eləcə də şəxsi fədakarlıqları nəticəsində iki nəfərin həyatı xilas edilib.
İyulun 28-də səhər saatlarında Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzildə yanğın baş verib. Hadisə yerində ictimai asayişi təmin etmək üçün göndərilən Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları əraziyə çatan zaman yanğın baş verən mənzildə ana və azyaşlı övladının köməksiz vəziyyətdə qaldığı barədə məlumat alıblar. Polislər həyatlarını təhlükə altına ataraq huşunu itirmiş, köməksiz vəziyyətdə qalan evin sahibi – Sünbül Əliyevanı və onun azyaşlı övladı Aylini xilas ediblər.
Digər hadisə isə avqustun 2-nə keçən gecə saat 03:00 radələrində Sumqayıt şəhərinin “Qurd dərəsi” bağlar massivində baş verib. Ərazidə xidmət aparan Post Patrul Xidməti bölüyünün iki əməkdaşı uzaqdan qəfil tormoz səsi eşidiblər.
Həmin səmtə üz tutanda ərazidən keçən kanala düşən avtomobilin işıqlarını görüblər. Tez hadisə yerinə qaçaraq, dərhal bu barədə xüsusi rabitə vasitəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinin Növbətçi hissəsinə məlumat veriblər.
Polis serjantları Elşad Aslanov və Rəşad Məmmədov hadisə yerinə çatan kimi maşında olan iki nəfəri xilas etmək üçün tez kanala atılaraq, Onlardan birini çətinliklə də olsa suda boğulmaqdan xilas edib kənara çıxarıblar.

Keçidlər