Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində keçirilib

    2019-10-25

    Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər. Qəsəbə sakinləri ilə keçirilən görüşdə onların təklif, müraciət və şikayətləri dinlənilib.

  • Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyas...

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edib

    2019-10-23

    Sumqayıt Dövlət Dram Teatrında keçirilən konsert proqramı şəhərin 70 illik yubileyinə həsr olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçi...

    Sumqayıtda Birinci Mədəniyyət Festivalı keçirilib

    2019-10-10

    Festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri də qatılıb. Festival iştirakçıları şəhərin Kimyaçı Mədəniyyət Sarayının önündəki meydanın perimetri üzrə yerləşərək bir-birindən maraqlı çıxışlar, rəqs nömrələri, Kukla Teatrının tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işlərini, rəsmlərini, tətbiqi sənət nümunələrini, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxini həvəslə təqdim ediblər.

  • Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində ...

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Doğma Sumqayıtımızın yubileyini ləyaqətlə qarşılayaq!” devizi altında Sumqayıt şəhər Ağsaqqallar Şurasının tədbiri keçirilib

    2019-10-07

    Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər Ağsaqqallar Şurasının üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirib, quruma işində uğurlar arzulayıb. Ağsaqqallar Şurası üzvlərinin şəhərin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayan şəhər rəhbəri bildirib ki, Şura üzvləri şəhərdə həyata keçirilən quruculuq işlərində fəal iştirak edir, eyni zamanda milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində də mühüm işlər görür.

  • 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə ə...

    5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib

    2019-10-05

    Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə təhsil işçilərini təbrik edərək, onlara xoş arzularını çatdırıb, onlara çətin və eyni zamanda şərəfli işlərində uğurlar arzulayıb.

  • Sumqayıta şəhər statusu verilməsinin 70 illiy...

    Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinə həsr olunmuş konsert proqramı keçirilmişdir

    2019-10-04

    Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda açıq hava konserti keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, müəssisə, idarə və təşkilatların rəhbərləri, ictimayət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

  • Zakir Fərəcov 60 yaşını qeyd edən kollecdə ...

    Zakir Fərəcov 60 yaşını qeyd edən kollecdə oldu, müəllimləri təltif etdi

    2019-10-04

    Sumqayıt Dövlət Texniki Kollecinin fəaliyyətə başlamasından 60 il keçir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu münasibətlə Sumqayıt Dövlət Texniki Kollecində olub müəllimlərlə və burada təhsil alan tələbələrlə görüşüb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayaraq Sumqayıt Texniki Kollecinin 60 illik yubileyi münasibəti ilə kollektivi təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb.

  • Zakir Fərəcov sahibkarlarla görüşdü

    Zakir Fərəcov sahibkarlarla görüşdü

    2019-10-03

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə İqtisadiyyat Nazirliyinin Abşeron regional bölməsi, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin Sumqayıt KOB dostu ofisinin iştirakı və Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt filialının dəstəyi ilə “Sumqayıt şəhərinin inkişafında sahibkarların rolu” mövzusunda görüş keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar iştirak edib.

  • Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü “L...

    Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü “LiFFt” festivallar festivalının bir qrup iştirakçısı Sumqayıt şəhərinə səfər edib

    2019-10-02

    Sumqayıt şəhəri ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri iştirak edib. Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqlara Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

  • Zakir Fərəcov 12 saylı məktəbdə oldu, müəl...

    Zakir Fərəcov 12 saylı məktəbdə oldu, müəllimlərlə görüşdü

    2019-09-30

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 1-ci məhəllə ərazisində yerləşən 12 saylı məktəbdə olub, burada məktəbin kollektivi ilə görüşüb. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb və müəllimlərlə görüşüb.

  • Zakir Fərəcov 1 saylı orta məktəbə baxış k...

    Zakir Fərəcov 1 saylı orta məktəbə baxış keçirib

    2019-09-28

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2019-2020-ci il tədris ilinin başlaması ilə əlaqədar olaraq görülmüş işlərlə yaxından tanış olmaq üçün 1 saylı məktəbdə olub, burada şagirdlərlə görüşüb.

  • Sumqayıtda Yeni Azərbaycan Partiyasının Sumqay...

    Sumqayıtda Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilib

    2019-09-26

    Sentyabrın 25-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının fəalları ilə görüş keçirilib. Görüşdə Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları Siyavuş Novruzov, İmamverdi İsmayılov, Tahir Mirkişili, Mirzəcan Xəlilov iştirak ediblər.

  • Sumqayıt Tibb Kollecinin yaradılmasının 50 ill...

    Sumqayıt Tibb Kollecinin yaradılmasının 50 illik yubileyi qeyd olunub

    2019-09-25

    Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, kollecin müəllim və tələbələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə təhsil ocağının yarım əsrlik tarixindən və bu günündən bəhs edən sənədli filmi izləyiblər. Səhiyyə nazirinin müavini Elsəvər Ağayev kollecin kollektivini yubiley münasibətilə təbrik edib, bu təhsil müəssisəsinin Sumqayıt şəhərində səhiyyənin inkişafı və formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

  • Zakir Fərəcov növbəti səyyar qəbul-görüş...

    Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində keçirib

    2019-09-24

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 8-ci mikrorayon ərazisində keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

  • Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş...

    Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş kitab yarmarkası keçirilib

    2019-09-16

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtın şəhər statusu almasının 70 illiyinə həsr olunmuş I kitab yarmarkası keçirilib. “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, tanınmış yazıçılar, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

  • Zakir Fərəcov İpək Yolu üzərində yerləşə...

    Zakir Fərəcov İpək Yolu üzərində yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransında iştirak edib

    2019-09-11

    Sianda İpək Yolu üzərində yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib Çinin Sian şəhərində davam edən Avrasiya İqtisadi Forumu çərçivəsində İpək Yolu İqtisadi Kəməri boyunca yerləşən şəhərlərin 7-ci beynəlxalq konfransı keçirilib.

  • Zakir Fərəcov Sian şəhərinin meri Li Minyuan ...

    Zakir Fərəcov Sian şəhərinin meri Li Minyuan ilə görüşüb

    2019-09-11

    Azərbaycan nümayəndə heyətinin Sian şəhərinin meri Li Minyuan ilə görüşündə Sumqayıt ilə tarixi İpək Yolunun başladığı Sian şəhəri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

  • Zakir Fərəcov Çində Avrasiya İqtisadi Forumun...

    Zakir Fərəcov Çində Avrasiya İqtisadi Forumunda iştirak edib

    2019-09-10

    Azərbaycan nümayəndə heyəti Çində Avrasiya İqtisadi Forumunda iştirak edib Sentyabrın 10-da Çinin Şansi vilayətinin inzibati mərkəzi olan Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb. Ümumilikdə 58 ölkədən dövlət və hökumət rəsmilərinin, beynəlxalq və regional təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə nümayəndə heytəti təmsil edir.

  • Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında ...

    Sumqayıt ilə Çinin Myenyan şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması haqqında memorandum imzalanıb

    2019-09-05

    Sənəd Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Myenyan şəhərinə səfəri zamanı imzalanıb.

  • Zakir Fərəcov ali məktəblərə qəbul olan mə...

    Zakir Fərəcov ali məktəblərə qəbul olan məzunlarla görüşdü

    2019-09-04

    Sumqayıt şəhər Kimyaçı Mədəniyyət Sarayında ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, tələbə adını qazanan məzunlar, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Sumqayıtda gender əsaslı zorakılığın qarş...

    Sumqayıtda gender əsaslı zorakılığın qarşısının alınması ilə bağlı tədbir keçirildi

    2019-08-29

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə həyata keçirdiyi “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” layihəsi çərçivəsində 28 avqust 2019-cu il tarixində Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

  • Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib

    2019-08-23

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində keçirib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

  • Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tan...

    Zakir Fərəcov yeni məktəbin tikintisi ilə tanış olub

    2019-08-16

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasının tikintisi həyata keçirilir. Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan 9 nömrəli tam orta məktəbin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir. Hazırda tikinti yüksək sürətlə davam edir.

  • Prezident Administrasiyasının məsul işçiləri...

    Prezident Administrasiyasının məsul işçiləri Sumqayıtda vətəndaşları qəbul edəcək

    2019-08-15

    22 avqust 2019-cu il tarixdə saat 10:00-da Sumqayıt şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulunu keçirəcəkdir. Qəbulda iştirak etmək istəyən şəhər sakinləri (018) 655-22-73 , 655-91-92 nömrələri ilə əlaqə saxlaya bilərlər.

  • 2019-cu ilin birinci yarısında Sumqayıt şəhə...

    2019-cu ilin birinci yarısında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib

    2019-08-10

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Vurğulanıb ki, yanvar ayının 16-da Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkında inşa olunmuş ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan “SOCAR karbamid” zavodunun və fevral ayının 18-də ikinci dəfə şəhərə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak etmişdir. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihə olan müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilmişdir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan verəcəkdir.

əvvəlki [2] növbəti