Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda qarısıq döyüş növləri üzrə Azərbaycan çempionatı keçirilib.

09 dekabr 2016 | 16:00

Dekabrın 9-da Sumqayıt Olimpiya İdman Kompleksində qarışıq döyüş növləri üzrə (MMA) Azərbaycan çempionatı keçirilib.
Çempionatda fəaliyyət göstərən idman klublarından 23-ü iştirak etmişdir. Ölkə birinciliyində səkkiz çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdir. Ümumilikdə 100-dən çox idmançının iştirak etdiyi yarışların final mərhələsi olduqca maraqlı və gərgin idman mübarizəsi şəraitində keçmişdir.
Tədbirdə iştirak edən Sumqayıt  Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə belə mötəbər yarışın Sumqayıtda təşkil edildiyi üçün federasiyanın rəhbərliyinə öz adından və Sumqayıt idmançıları adından razılığını bildirmiş və hər kəsi salamlamışdır.
MMA Federasiyasının prezidenti Rəşad Həsənov idmançılara yaradılan şərait üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda yarışın qalibləri və mükafatçıları müəyyən olunmuş, onlara federasiyanın mükafatları təqdim olunmuşdur.
MMA Federasiyasının prezidentinə və nümayəndələrinə şəhər icra hakimiyyətinin fəxri fərmanı verilmişdir.

Keçidlər