Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində 22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir.

22 noyabr 2016 | 16:00

Sumqayıt şəhərində 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü və Azərbaycan Ədliyyəsinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Mərasimin iştirakçıları öncə müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin Sumqayıtda ucaldılan abidəsi önünə tər çiçək dəstələri düzmüşdülər.
          Suqayıt Dövlət Dram Teatrında davam edən tədbirdə Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi ədliyyə işçilərini bayram münasibətilə təbrik etdi. S. Bəktaşi bildirdi ki, ədalətin, qanunçuluğun alilik təşkil etdiyi Azərbaycan kimi bir dövlət qurmaq üçün xalqımız şanlı mücadilə yolu keçmişdir. Ölkəmizdə tarixən formalaşmış demokratik ənənələrə söykənərək milli dövlətçilik modeli yarada biləcək liderə böyük ehtiyac var idi. Bu, ulu öndər Heydər Əliyev oldu. Ümummilli lider özünün mükəmməl dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, gücün siyasətinə qarşı çıxaraq ortaya siyasətin gücünü qoymuşdur. Dürustlük, ədaləti müdafiə etmək, humanizm, insanpərvərlik, mərhəmət kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər surətinin qayəsini təşkil etmişdir.
Toplantıda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb.
           Çıxış edənlər ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından, ədliyyə sisteminin inkişafından söhbət açıb, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıblar.
          Sonda ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

Keçidlər