Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıta yeni sərnişin avtobusları gətiriləcək.

25 oktyabr 2016 | 16:00

Sumqayıt şəhərində avtomobil nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən sərnişin avtobusları gətiriləcək.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  Belarusda işgüzar səfərdədir.
Z.Fərəcov “Belavtomaz” Holdinqin rəhbəri Dmitri Kateriniclə görüşüb, Minsk Avtomobil Zavodunda (MAZ) istehsal olunan sərnişin avtobuslarına baxıb, iritutumlu sərnişin avtobuslarının istehsalı, istismarı və təhlükəsizlik parametrləri ilə maraqlanıb. Şəhər icra hakimiyyəti başçısının keçirdiyi görüşlərdə Sumqayıtın sərnişin avtoparkının bu zavodun avtobusları ilə təmin edilməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən Sumqayıt şəhərinin inzibati ərazisində pilot layihə çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili, sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Həmçinin Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edib.

Keçidlər