Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənəli şəkildə qeyd olundu.

18 oktyabr 2016 | 16:00

   Oktyabrın 18-də Sumqayıt şəhərində Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə ümumşəhər bayram tədbiri keçirilib.
   "Qərb Saray”-da keçirilən bayram tədbirini giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq Azərbaycanın müstəqillik qazanmasının 25-ci ildönümü münasibəti ilə şəhər sakinlərini və xalqımızı təbrik edib.
   Azərbaycanın keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində ulu öndər Heydər    Əliyevin xidmətlərindən danışılıb.
   Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
   Regionların inkişafı sahəsində qəbul edilən və uğurla həyata keçirilən dövlət proqramları çərçivəsində böyük nailiyyətlər əldə edilib. Aparılan abadlıq və quruculuq işləri sayəsində bu gün Sumqayıt yeni görkəm almaqdadır. Son illər ölkəmizdə, regionlarda görülən işləri, qazanılan uğurları Sumqayıtın timsalında əyani şəkildə görürük.
   Bayram tədbirində Azərbaycan Respublikası Prezidentinin 4 Oktyabr  2016-cı il tarixli sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Əməkdar mühəndis”, “Əməkdar həkim”, “Əməkdar jurnalist”, “Əməkdar müəllim”,    “Əməkdar artist”, “Əməkdar mədəniyyət işçisi” fəxri adlarına  və “Tərəqqi” medalına layiq görülmüş şəhər sakinlərinə mükafatlar təqdim olunub.
   Bayram tədbirində respublikanın tanınmış incəsənət ustalarının ifasında mahnılar səsləndirilib.

Keçidlər