Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov 12 saylı seçki məntəqəsində səs verib.

26 sentyabr 2016 | 16:00

Sentyabrın 26-da saat 8-də Sumqayıtın bütün seçki məntəqələri ümumxalq səsverməsində (referendumda) iştirak edən vətəndaşlar üçün öz qapılarını açıb. Məntəqələrdə seçicilərin böyük fəallıq göstərdiyi müşahidə olunub.

     Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 42 saylı Sumqayıt I Seçki Dairəsinin Sumqayıt şəhər 1 saylı orta məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, ümumən Sumqayıt, o cümlədən şəhərin Corat və Zeynalabdin qəsəbələrinin də əhatə etdiyi ərazi üzrə 165 min 808 seçici qeydə alınıb.

Keçidlər