Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə anım tədbiri və ağacəkmə iməcilikləri keçirilib.

10 may 2016 | 16:00

Mayın 10-da Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
        Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, şəhər ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, müasir Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.
        Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilmişdir. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir. Bu istiqamətdə görülən bütün işlər  şəhərimiz daha da gözəlləşməsinə əməli töhfədir.
       10 may 2016-cı il tarixdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə iməcilikləri keçirilib. Yaşıllaşdırma marafonunda məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
      Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov başda olmaqla Yeni Azərbaycan Partiyası üzvlərinin, Milli Məclisin deputatlarının, şəhərin idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, şəhər ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə  şəhər üzrə 25 000 müxtəlif növ ağac, 290 000 mövsümi güllər, 90 000 ədəd qızıl gül kolu və 2000-nə yaxın digər kol   bitkiləri əkilmişdir.

Keçidlər