Şriftin ölçüsü :

Saytın rəngi :

Ordumuzun şəhid olan hərbçiləri Sumqayıt şəhərində dəfn edilib

04 aprel 2016 | 16:00

Təmas xəttində erməni əsgərlərinin  təxribatlarının qarşısını alan zaman şəhid olmuş polkovnik-leytenant, 1972-ci il təvəllüdlü Raquf İbrahim oğlu Orucov və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu-çavuş, 1989-cu il təvəllüdlü Murad Vaqif oğlu Məmmədov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
       Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri, millət vəkilləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak  edib.

Keçidlər