Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • 15 İyun-Milli Qurtuluş Günü münasibətilə Su...

    15 İyun-Milli Qurtuluş Günü münasibətilə Sumqayıt şəhərində bayram tədbiri keçirildi

    2018-06-15

    Sumqayıt “Kimyaçı” Mədəniyyət Sarayında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

  • Zakir Fərəcov tibb işçilərinin peşə bayram...

    Zakir Fərəcov tibb işçilərinin peşə bayramını təbrik etdi

    2018-06-15

    17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Sumqayıtda yerləşən “Park Palace “- ın ziyafət zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə şəhərin səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak edib.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 4 saylı şəhər poliklinikasında yaradılan şərait və görülən işlərlə tanış olub.

    2018-06-14

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində fəaliyyət göstərən 4 saylı şəhər poliklinikasında yaradılan şərait və görülən işlərlə tanış olub. Bildirilib ki, 2011-ci ildən fəaliyyət göstərən poliklinika 45 min nəfər əhaliyə xidmət göstərir. Tibb müəssisəsinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib. Təmir olunaraq əhalinin ixtiyarına verilən poliklinikada sahə həkimləri, cərrah, endokrinoloq, nevropatoloq, kardioloq, onkoloq, həkim-laborant əhaliyə xidmət göstərir.

  • Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı ...

    Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov Ankara Valisi ilə görüşdü.

    2018-06-06

    Ankarada rəsmi səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankara Valiliyində olub. Ankara Valisi Ercan Topaca ilə görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov iştirak edib.

  • Zakir Fərəcov Türkiyənin Xarici İşlər Nazir...

    Zakir Fərəcov Türkiyənin Xarici İşlər Nazirliyində və Azərbaycanın Ankaradakı səfirliyində oldu.

    2018-06-06

    Ankarada rəsmi səfərdə olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində olub.

  • Ankaranın Keçiören bələdiyyəsinin təşkil e...

    Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi 9-cu Beynəlxalq Ramazan Festivalında “Azərbaycan gecəsi” keçirilib.

    2018-06-04

    Ankaranın Keçiören bələdiyyəsinin təşkil etdiyi 9-cu Beynəlxalq Ramazan Festivalı çərçivəsində “Azərbaycan gecəsi” keçirilib. Keçiören Bələdiyyə sədri Mustafa Akın ev sahibliyi ilə öncə Azərbaycan və Ərzincan Mədəniyyət Evlərinin açılışı olub. Tədbirə Azərbaycanın səfiri Xəzər İbrahim, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, AK Partiyanın Ankara Millət vəkili Əhməd Gündoğdu, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, AK Partiyanın Ankara millət vəkili namizədləri Dr. Arifə Polat Düzgün, Zeynep Yıldız, Bələdiyyə Məclis üzvləri və çox sayda vətəndaş qatılıb.

  • Sumqayıt şəhərində “1 İyun – Uşaqların...

    Sumqayıt şəhərində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib.

    2018-06-01

    Sumqayıt Dövlət Dram Teatrında təşkil edilmiş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib. İstedadlı uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzulayıb

  • Sumqayıt şəhər bələdiyyəsinin yeni inzibati...

    Sumqayıt şəhər bələdiyyəsinin yeni inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib

    2018-05-31

    Sumqayıt şəhər bələdiyyəsi fəaliyyətini yeni inzibati binada davam etdirəcək. Bələdiyyənin yeni inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, bələdiyyə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubil...

    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir

    2018-05-25

    Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbiri keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssissə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

  • Sumqayıtda Aşıq Şəmşirin 125 illik yubileyi ...

    Sumqayıtda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib

    2018-05-23

    Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.

  • Zakir Fərəcov uşaq bağçasında əsaslı təmi...

    Zakir Fərəcov uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu

    2018-05-17

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 56 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub. Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində mühüm yer tutur. Sumqayıt şəhərində mövcud körpələr evləri və uşaq bağçalarının əsaslı təmirinə son illərdə xüsusi diqqət yetirilir. Şəhərdə mövcud bütün baxçalar əsaslı təmir olunur. Qısa müddət ərzində mövcud baxçalarda istilik sistemi bərpa olunub, dam örtükləri vurulub.

  • Zakir Fərəcov Corat qəsəbə məscidini ziyarə...

    Zakir Fərəcov Corat qəsəbə məscidini ziyarət etdi.

    2018-05-16

    Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən “Cümə” məscidi əsaslı təmirdən sonra istifadəyə verilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müqəddəs ocaqda yaradılan şəraitlə tanış olmaq üçün məsciddə olub. Şəhər rəhbərinə məlumat verildi ki, Coratda inşa edilmiş dörd məsciddən ikisi bu günümüzə gəlib çıxıb. “Cümə” məscidi kimi tanınan Coratın ən qədim məscidinin 10 əsrdən çox yaşı var.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti dəfə 1 saylı Doğum Evində oldu.

    2018-05-15

    Sumqayıt şəhərində səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin, eləcə də ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Son illərdə səhiyyənin inkişafı ilə bağlı Sumqayıt şəhərində həyata keçirilən məqsədyönlü işlər bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub.

  • Ulu Öndərin anadan olmasının 95-ci ildönümü...

    Ulu Öndərin anadan olmasının 95-ci ildönümü ilə bağlı şəhər tədbiri

    2018-05-10

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Sumqayıt şəhərində qeyd olunub. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

  • Sumqayıtda 9 May – Qələbə Günü münasibət...

    Sumqayıtda 9 May – Qələbə Günü münasibətilə ümumşəhər tədbiri

    2018-05-09

    Sumqayıt şəhərində 9 May – Qələbə Günü münasibətilə ümumşəhər tədbiri təşkil edilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Sumqayıtda elmi-praktiki konfrans

    Sumqayıtda elmi-praktiki konfrans

    2018-05-07

    Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

  • Sumqayıtda 2018-ci ilin birinci rübünün sosial...

    Sumqayıtda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

    2018-04-20

    Aprelin 20-də Sumqayıt şəhərində 2018-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində hesabat dövründə şəhərin iqtisadiyyatı artan sürətlə inkişaf etmiş, bütün sahələrdə müsbət irəliləyiş təmin olunmuşdur. Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 424,4 milyon manat və ya 151,0 faiz təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,4 milyon manat və ya 51,0 faiz çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir. Sənaye məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 46,2 faiz artaraq 296,0 milyon manat olmuş, məhsul istehsalı 94,0 milyon manatdan çox artmışdır. Ümumdaxili məhsulun tərkibində qeyri-dövlət sektorunun payı 85,0 faizdən çox olmuşdur.

  • Sumqayıt Heydər Əliyev Mərkəzində 31 Mart  A...

    Sumqayıt Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.

    2018-03-30

    Sumqaqyıtda 31 Mart Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar anım tədbiri keçirilib. Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən anım mərasiminin iştirakçıları əvvəlcə mərkəzin foyesində şəhərin Uşaq Yaradıcılıq Mərkəzinin və orta ümumtəhsil məktəb şagirdlərinin “31 mart – azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” mövzusunda çəkdikləri rəsm işlərinə baxıblar. Sonra tədbir mərkəzin akt zalında elmi-nəzəri konfransla davam edib.

  • Sumqayıtda Novruz bayramı

    Sumqayıtda Novruz bayramı

    2018-03-19

    Bolluğun, bərəktin və xeyirxahlığın təcəssümü olan Novruz Bayramı Sumqayıtda böyük təntənə ilə qeyd edilib. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, şəhər içtimaiyyəti iştirak edib.

  • Sumqayıt Şəhər Icra Hakimiyyətində 8 Mart Be...

    Sumqayıt Şəhər Icra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib.

    2018-03-07

    Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstərmişlər. Müasir dövrümüzdə də Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar şəhərin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

  • Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1...

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib.

    2018-02-28

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirib ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Tarixin müxtəlif dövrlərində Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı daim təxribat törədib, dinc əhaliyə qarşı zorakılıq tətbiq edib. Bu təxribatların növbəti məkanı Sumqayıt oldu.

  • Sumqayıtda Xocalı faciəsinin 26-cı ildönümü...

    Sumqayıtda Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

    2018-02-26

    Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Əvvəlcə Xocalı hadisələrindən bəhs edən Sumqayıt Dövlət Dram Teatrının kollektivinin hazırladığı ədəbi bədii kompozisiya nümayiş olunub. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi ilə tanış olub.

    2018-02-23

    Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış 310 ədəd lift yeni elektron tipli liftlərlə əvəz olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin fonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu.

  • Sumqayıt şəhərində “Heydər Əliyev Azərba...

    Sumqayıt şəhərində “Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirilib.

    2018-02-19

    “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlər planının icrasına uyğun olaraq Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan gəncliyinin banisidir” mövzusunda konfrans keçirilib.

  • Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişaf...

    Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

    2018-02-05

    Fevralın 5-də Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.