Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • Sumqayıt şəhərində Ulu Öndərin anadan olmas...

    Sumqayıt şəhərində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü ilə bağlı ümumşəhər tədbiri keçirilib

    2019-05-10

    Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Sumqayıt şəhərində qeyd edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Daha sonra “Kimyaçı” Mədəniyyət sarayında respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

  • Sumqayıt şəhərində 9 May - Qələbə Günü q...

    Sumqayıt şəhərində 9 May - Qələbə Günü qeyd olunub

    2019-05-09

    Sumqayıt şəhərində 9 May – Qələbə Günü münasibətilə ümumşəhər tədbiri təşkil edilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının nümayəndələri, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Sumqayıtda Azərbaycanın ilk qadın metallurqu Z...

    Sumqayıtda Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün açılışı olub

    2019-05-09

    Sumqayıt şəhər Corat qəsəbəsində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən çox sayda insanın əməyi var. Şəhərin inkişafında əməyi olan şəxslər bu gün də hörmət və ehtiramla yad olunur.

  • Sumqayıt şəhərində 2019-ci ilin birinci rüb...

    Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

    2019-05-08

    Mayın 7-də Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların səyyar qəbulunu keçirib

    2019-05-07

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib. Sumqayıt şəhər Tarix Muzeyində keçirilən səyyar qəbul-görüşdə şəhərin 45-ci məhəllə, 4 və 5-ci mikrorayon sakinləri iştirak edib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edib.

Foto qalereya